EN

İranlı nazir: “Ağlı başında olan adam İranda oturub...”

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin ölkəsinə qarşı ittihamlarına cavab verib.

“Cebheinfo.az” xəbər verir ki, iranlı diplomat “X sosial şəbəkəsindəki paylaşımında Fələstinin HƏMAS qruplaşmasının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsini xatırladıb.

“Prezidentimizin andiçmə mərasimindən dərhal sonra Tehranda İsmayıl Haniyənin öldürülməsini xatırlayırsınız? Bunu kimin və nə üçün etdiyini hamı bilir. İndi növbəti seçkilərlə bağlı eyni məqsədlə yeni ssenari hazırlanır. Qatil reallıqda olmadığından üçüncü dərəcəli komediya yaratmaq üçün ssenaristlər gətirilir.

Ağlı başında olan hansı qatil olduğu iddia edilən şəxs İranda Oturub FTB ilə onlayn danışıqlar aparır?! Burada nəzərə alınmalı bir reallıq var: Amerika xalqı öz qərarını verdi.

İran isə öz istədiyi prezidenti seçmək hüququna hörmət edir. Bundan sonrakı yol da seçimdir. Hər şey hörmətdən başlayır”, - İran XİN rəhbəri qeyd edib.

O əlavə edib ki, İranın nüvə silahı yaratmaq niyyəti yoxdur:

“İran nüvə silahı əldə etmək niyyətində deyil. Bu, İslam təlimlərinə və bizim təhlükəsizlik hesablamalarımıza əsaslanan siyasətdir. Güvən yaratmaq hər iki tərəf üçün lazımdır. Bu, birtərəfli yol deyil”.

Bundan əvvəl ABŞ Ədliyyə Departamenti İranın agent Fərhad Şakeriyə müşahidə aparmaq və seçilmiş prezident Donald Trampın öldürülməsinə hazırlaşmağı tapşırdığını bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bakai də Tehranın ABŞ-nin keçmiş və indiki məmurlarını öldürmək planlarında əli olması ilə bağlı ittihamları rədd edib.

Chosen
35
1
cebheinfo.az

2Sources