EN

“Nə qədər pul xərcləndiyini bilmirəm və maraqlanmamışam” – “Qəbələ”dən reaksiya

Millimizin Millətlər Liqası çərçivəsində noyabrın 16-da Estoniya ilə oyunu Qəbələdə keçirəcəyindən xəbərdarsız.

Hazırda stadionda oyunun təşkili ilə bağlı işlər davam edir. AFFA-dan verilən açıqlama deyilir ki,arenada media tribunasının, yeni mərkəzi kamera platformasının və qapıarxası platformanın tikintisi başa çatmaq üzrədi. Bəs görəsən, problemlər tam aradan qaldırıldımı? Bizdə olan bilgiyə görə, 100 min manatdan artıq vəsait ayrılıb. Nə dərəcədə ciddi problem var ki, bu qədər pul ayrılıb? Bu vəsaitin hamısı AFFA-nın üzərinə düşüb, yoxsa “Qəbələ” də pul xərcləyib?

“Football-plus.az”ın suallarına “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı cavab verdi:

“Stadion o səviyyədə oyun keçirmək üçün nəzərdə tutulmayıb. Stadionun aldığı ulduz avrokubokların 1-ci və 2-ci mərhələsini qəbul etmək səviyyəsindədi. Millinin oyunlarının qəbul etmək səviyyəsinə malik deyil. Bəzi məsələlər həmin o səviyyənin tələblərinə uyğunlaşdırılmalıydı. Nə qədər pul xərcləndiyini bilmirəm və maraqlanmamışam. Paltardəyişmə otağı, çəkiliş və jurnalistlərin işi ilə bağlı stadionu uyğunlaşdırıblar. Həmin işlər də yekunlaşmaq üzrədi. Bütün xərcləri AFFA ödəyib”.

ƏSƏD SEYİDOV
Chosen
29
football-plus.az

1Sources