EN

San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Bakıya gəlib

Noyabrın 10-da San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

 

Azərtac xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

 

Senzor.az-dan xatırlatma: San-Tome və Prinsipi Respublikası (port. República Democrática de São Tomé e Príncipe) – Mərkəzi Afrikada ada dövlətidir. San-Tome və Prinsipi Qvineya körfəzində yerləşən iki adadan: San-Tome və Prinsipi adalarından ibarətdir. Ada-dövlət Qabondan 225 km şimal-qərbdə yerləşir. Paytaxtı və ən böyük şəhəri San-Tomedir, ümumi sahəsi 1,001 kvadrat kilometr, əhalisinin sayı 210 min nəfərdən çoxdur. San-Tome və Prinsipi Afrika qitəsində Seyşel adalarından sonra ən kiçik dövlətdir. XV əsrdən Portuqaliyanın müstəmləkəsi olan bu kiçik arxipelaq 1975-ci ilin iyulun 12-də istiqlaiyyətini qazanıb.

Chosen
48
49
senzor.az

10Sources