Nikki Heyli ABŞ-ın yeni administrasiyasına dəvət edilməyəcək.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp deyib.
O bildirib ki, bunun səbəbi ilk prezidentlik müddətində ABŞ-ın BMT-dəki səfiri vəzifəsində çalışan Heylinin daha sonra Respublikaçılar Partiyasından namizədliyi ilə ona qarşı çıxmasıdır.
Tramp həmçinin ilk dövründə dövlət katibi və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifələrində çalışmış Mayk Pompeonun da komandaya dəvət edilməyəcəyini açıqlayıb.
“Keçmiş səfir Nikki Heyli və keçmiş dövlət katibi Mayk Pompeonu hazırda formalaşma mərhələsində olan yeni administrasiyama dəvət etməyəcəyəm. Əvvəllər onlarla işləməkdən böyük həzz almışam və ölkəmizə xidmətlərinə görə onlara təşəkkür etmək istəyirəm”, - Tramp sosial şəbəkədə yazıb.
Qeyd edək ki, bundan öncə Pompeonun müdafiə naziri təyin edilə biləcəyi haqda iddia yayılmışdı.