"Qarabağ"ın futbolçusu Marko Yankoviç və "Neftçi"nin oyunçusu Edvin Kuç Monteneqro millisinə dəvət alıb.
QOL.az xəbər verir ki, komandanın baş məşqçisi Robert Prosineçki Millətlər Liqasının noyabrda keçiriləcək görüşləri üçün Azərbaycanda oynayan futbolçulara da dəvət göndərib.
"Qarabağ"ın zədəsini yeni sağaldan monteneqrolu digər futbolçusu Marko Veşoviç isə 23 nəfərlik siyahıda yer almayıb.
Qeyd edək ki, Monteneqro millisi noyabrın 16-da İslandiya, noyabrın 19-da isə Türkiyə ilə qarşılaşacaq.