EN

Premyer Liqa klublarında yeni vakansiya – VİDEO

Növbəti mövsümdən etibarən Misli Premyer Liqasına lisenziya almaq istəyən klublar lisenziya qaydalarının tələbi ilə “Marketinq meneceri” vəzifəsində çalışan əməkdaş cəlb etməli olacaqlar. Bunu “Milli Liqa TV” yutub kanalının “III zona” proqramında qonaq olan Klubların Lisenziyalaşdırma Departamentinin direktoru Elçin Məmmədov deyib.

O qeyd edib ki, bu tələb ilk dəfə olaraq tətbiq olunur.

Məmmədov veriliş boyu digər yeniliklərdən, ötən mövsümkü müsbət və mənfi məqamlardan danışıb. Maarifləndirmə xarakteri daşıyan proqramın son buraxılışının tam videosuna baxa bilərsiniz:

Chosen
40
2
futbolinfo.az

3Sources