EN

Lavrov bizə açıq şəkildə dedi ki... - Martirosyan

Qlobal diplomatiyada müşahidə olunan tendensiyalar Ermənistan üçün əlverişsizdir.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armen Martirosyan deyib.

“Ermənistan-Rusiya münasibətlərində artan hərbi-siyasi qeyri-müəyyənlik Ermənistan üçün yeni risklərlə doludur. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov da açıq şəkildə bəyan edir”, - ekspert bildirib.

Həmçinin onun sözlərinə görə, artan gərginliyə baxmayaraq, İrəvan Qərbin Rusiyanı Ermənistan-Azərbaycan sülh prosesindən kənarda qoymaq cəhdlərini dəstəkləməkdə davam edir.

“Bütövlükdə bundan irəli gələn qeyri-müəyyənlik və risklər Ermənistan üçün daha da artacaq. Qlobal diplomatiyada müşahidə olunan tendensiyalar da bizim üçün əlverişsizdir”, - Martirosyan vurğulayıb.

Xarici işlər naziri Sergey Lavrov bundan öncə AB və ABŞ-ı Rusiyanı Ermənistan-Azərbaycan sülh prosesindən kənarlaşdırmaqda ittiham edib. Lavrov iddia edir ki, Qərbin vasitəçilik səyləri tərəflər arasında münaqişənin yenidən alovlanması riski yaradır.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
43
teleqraf.com

1Sources