EN

30 illik həsrətin 44 günlük Zəfər nəğməsi

Bu möhtəşəm qələbə, şəhidlərimizin Vətənə olan məhəbbəti, xalqımızın birlik və həmrəyliyinin, əzm və iradəsinin təntənəsidir. 44 günlük Vətən müharibəsi, həm də bizim azadlıq, müstəqillik və torpaqlarımızın bütövlüyü uğrunda mübarizəmizin şanlı səhifəsidir. 10 noyabr tarixində isə imzalanan kapitulyasiya aktı isə ölkəmizin sarsılmaz qüdrət və əzəmətini əsaslı sübutudur.

Bir daha qeyd etməliyik ki, şəhidlərimizin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq, qazilərimizin göstərdiyi fədakarlıq isə bizə daim ilham verəcəkdir.

Bu gün Azərbaycanın hər bir küncündə yüksələn Zəfər səsi, müstəqil və güclü dövlətimizin qələbəsidir. Həmrəylik, qürur və gələcəyə ümidlə baxan bir Azərbaycan üçün hər zaman birlikdə olacağımıza inanıram!

Qələbəmiz daim əbədi, bayrağımız hər zaman uca, xalqımızın mübariz ruhu isə heç vaxt sarsılmayacaqdır. Azərbaycanın işıqlı gələcəyi uğrunda mübarizəmiz davam edəcək!

Şeir: Azərbaycanım ( Müəllif: Şahin Əliyev)

Mübarizə dolu vardır tarixin

Cavanşir, Babəkin, mərd Mübariz’in

Türkün daş yaddaşı olubdur Cəngi’n!

Qəhrəman oylağım –

Azərbaycanım!

Bütövlük olubdur sənin hədəfin

Bununçün çalışıb daim əsgərin

İlhamlı orduyla Şanlı Zəfərin

Vətənə sevgidir – Azərbaycanım!

“Dəmir Yumruq” ilə birdir Millətin

Arxasında vardır Güclü Dövlətin

Polad Həşimovtək var qətiyyətin

Səngər generallı – Azərbaycanım!

Tarixən qədimdir kültüriyyətin

Şuşadır paytaxtı mədəniyyətin

Muğamın, bayatın, həzin musiqin

Ədəbi məkandır – Azərbaycanım!

Cahanü-aləmə yayılıb səsin

Mərdlik, qəhrəmanlıq olub əsərin

Şanını ucaltdı igid ərlərin

Dillərə dastandır – Azərbaycanım!

Zəfər Günümüz mübarək, Azərbaycan xalqı!”

Şahin Əliyev – Nəsimi rayon sakini, “Əbədi Birlik” GİB-nin sədri

Chosen
26
4
busaat.az

5Sources