EN

Polşalı məşqçi Rahil Məmmədovla görüşdü: "Daha böyük klublarda oynaya biləcək səviyyədədir"

Polşanın “Resovia” klubunun qapıçılar üzrə məşqçisi, vaxtı ilə “Rəvan”ın qapısını qorumuş Lukaş Sapela Sportal.az saytına açıqlama verib. 

Bir müddət əvvəl məşq proseslərinin birində “Radomyak”ın azərbaycanlı futbolçusu Rahil Məmmədovla görüşən Sapela onunla bir çox mövzular haqda danışıb.

O, Məmmədovun daha güclü klublarda oynayacaq keyfiyyətə malik olduğunu deyib:

"Mən "Resovia" klubunda işləyirəm. Bizim UEFA A kateqoriyasiyası üçün məşqimiz var idi. "Radomiak"da kiçik qrupumuz var idi. Onların məşqində idik. Elə orada Rahillə görüşdüm. Ayaqüstü söhbət etdik. Polşada oynayan azərbaycanlı futbolçuları onsuz da yaxından izləyirəm. Çünki özüm də Azərbaycanda oynamışam deyə, hər zaman azərbaycanlıları, Azərbaycan futbolunu diqqətdə saxlayıram. Şadam ki, Polşada azərbaycanlı futbolçu oynayır. Rahil yaxşı oğlandır, çox əxlaqlı, mərifətli insandır. Futbolçu kimi də çox bacarıqlıdır. "Radomyak"da işləri pis getmir, daim oynayır. Ötən mövsüm "LKS Lodz"da göstərdiyi performansdan sonra Polşada yüksək liqada mübarizə aparan klublardan birinə keçəcəyini gözləmək olardı. "Radomyak"da oynayır. Daim göz önündədir, yaxşı müdafiəçidir. Fikrimcə, Rahil Polşada daha böyük klublarda oynaya bilər keyfiyyətə sahibdir".

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Chosen
34
sportal.az

1Sources