EN

Yüksəksəviyyəli dəyirmi masada nələr müzakirə olunacaq?

Noyabrın 16-da COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa keçiriləcək. 

Demokrat.az xəbər verir ki, tədbirdə aşağıdakı mövzuların müzakirəsi gözlənilir:

- Rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası;
- Rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və adaptasiyanın təkmilləşdirilməsi;
- Rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması;
- Davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş etdirilməsi;
- Rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması. 

Chosen
44
10
demokrat.az

10Sources