EN

COP29-un faydalı olacağına ümid edirik - Banqladeş səfiri

“COP29-da Banqladeşin müvəqqəti hökumətinin baş müşaviri Muhammad Yunus iştirak edəcək”.

 

Modern.az xəbər verir ki, bunu Banqladeş Xalq Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanul Haq deyib.

 

Onun sözlərinə görə, Muhammed Yunus təsis etdiyi “Grameen Bankı”na və qabaqcıl işlərinə görə Nobel Sülh Mükafatına layiq görülüb:

 

“Bu bank yoxsulları sahibkara çevirmək məqsədi ilə qurulub. COP 29-un da başlıca məqsədi iqlim fəlakətləri ilə mübarizədə yoxsul ölkələrə də dəstək verməkdir. Bu baxımdan, ölkə rəhbərliyimiz səviyyəsində COP 29 səmimiyyətlə dəstəklənir.

 

Bildiyiniz kimi Banqladeş iqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı çox mübarizə aparan dövlətlərdəndir. Ona görə də Bakıda keçirilən bu tədbir bizim üçün çox önəmlidir. COP29-un faydalı olacağına ümid edirik və qəbul edilən qərarları böyük səbirsizliklə gözləyirik”.

 

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Chosen
57
9
modern.az

10Sources