Bakıda tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin “Təbiətin gücü” (Force of Nature) adlı Yer kürəsini tutub saxlamağa çalışan qadın heykəlinin çılpaq təsvir olunması birmənalı qarşılanmayıb. Avtosfer.az xəbər verir ki, "Lüt qadın heykəli" artıq sökülüb.
Xatırladaq ki, Kuinnin heykəlləri Londonda, Qətərdə və ABŞ-da nümayiş olunub.
"Təbiətin gücü" adlı əsəri 2 cür hazırlanıb. Paltarlı və paltarsız. Paltarsız versiya Bakıda nümayiş olunurdu.