EN

“Neftçi”nin oyununda qorxulu anlar – VİDEO

“Neftçi” – “Şamaxı” görüşünün final fiti səslənən kimi azyaşlı azarkeş hər kəsin diqqətini çəkib.

Ölkə.az sportinfo.az- a istinadən xəbər verir ki, “ağ-qaralar”ın yer aldığı ehtiyat oyunçular skamyasının damının təxminən 2 metr hündürlüyündən meydana tullanan yeniyetmə qorxulu anlar yaşadıb.

Hündürlükdən tullananda yaxşı ki, ehtiyat oyunçular skamyasında heç kim yox idi. Əks halda hansısa məşqçi və futbolçunun başına düşməklə bədbəxt hadisəyə səbəbkar ola bilərdi.

Yeniyetmənin hədəfi “Neftçi”nin qapıçısı Rza Cəfərovla şəkil çəkdirmək idi. Bunun üçün xeyli qaçdı, təhlükəsizlik xidmətinin əməkdaşlarından yayınmağı bacardı və yekunda arzusu reallaşdı.

Bu işdə ona Rza da kömək etdi. Qapıçı təhlükəsizlik əməkdaşından şəkil çəkdirmək üçün icazə istəyincə, hər iki tərəfin könlü xoş oldu.

Chosen
37
3
olke.az

4Sources