EN

Azərbaycan Ordusunun hərbi qulluqçusu minaya düşərək xəsarət alıb

Noyabrın 10-da Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu İbrahimov Qədim Xaliq oğlu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hərbi qulluqçumuz dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib.

Vəziyyəti kafidir.

Chosen
106
28
apa.az

10Sources