Noyabrın 10-da Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Heftelik.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Minaya düşərək xəsarət alan hərbi qulluqçu İbrahimov Qədim Xaliq oğludur.
Nazirlik qeyd edib ki, hərbi qulluqçu dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib. Vəziyyəti kafidir.