EN

Oğlunun adına hesab açıb intim görüntülərini satan ana saxlanıldı

Türkiyənin Bursa şəhərində 3 il əvvəl boşanan N. K adlı qadın sosial şəbəkədə oğlunun adına hesab açaraq çəkdiyi nalayiq görüntüləri istifadəçilərə satmaqda günahlandırılıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda onun keçmiş həyat yoldaşı S.K məlumat verib.
 
Keçmiş ərin iddialarına görə qadın, bəzən 2 yaşlı oğlunun da yer aldığı intim görüntülərini oğlunun adına açılmış sosial media hesabından təxminən 5 min lirə abunə haqqı qarşılığında izləmək istəyənlərə satır.
 
Ata bildirib ki, bu məsələ ilə bağlı cinayət işi qaldırıb və oğlunun qəyyumluğunun anadan alınaraq ona verilməsini istəyib. 
 
Polis azyaşlı uşağın yanında nalayiq hərəkətlər sərgiləyən ananı saxlayıb, araşdırma aparılır.
 
Aysel
Chosen
25
azxeber.com

1Sources