Bakı. Trend:
Bakıda keçiriləcək COP29 konfransında Almaniyanı xarici işlərnaziri Annalena Berbok təmsil edəcək.
Trend xəbər verirki, bu barədə Almaniyanın Bakıdakı səfiri Ralf Horlemann məlumatverib.
Səfirin sözlərinə görə, Almaniya Xarici İşlər Nazirliyininbeynəlxalq iqlim fəaliyyəti üzrə xüsusi nümayəndəsi Cennifer Morqanda ölkə nümayəndə heyətinə daxil olacaq.
"Almaniyanın baş müzakirəçisi olaraq Morgan iqlim böhranınınhəlli üçün COP29-da iştirak edəcək. Xarici işlər naziri Berbok vəAlmaniya hökumətinin digər yüksək vəzifəli nümayəndələri yaxın ikihəftə ərzində konfransa qatılacaq," - o, sosial şəbəkədəki Xsəhifəsində qeyd edib.