Bakı. Trend:
Noyabrın 10-da Bakı Stadionunda təşkil olunan brifinqdə 500nəfərə yaxın müxtəlif ölkələrdən gəlmiş nümayəndə heyətlərininüzvləri iştirak edib.
Trend xəbər verirki, brifinqdə COP29 Azərbaycan Əməliyyat Şirkətinin KoordinasiyaŞurasının üzvü Şəhla Abbəkirova, BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının (UNFCCC) Konfrans İşləri şöbəsinindirektoru Vasim Mir və Protokol və Xarici Əlaqələr şöbəsininnümayəndəsi Qreys Ann Smit, konfransın əməliyyat aspektləri iləbağlı ən son məlumatları təqdim ediblər.
Brifinq zamanı, beynəlxalq iqlim konfransında iştirak edəcəkyüksək səviyyəli qonaqların qarşılanması, nəqliyyat və yerləşdirməməsələləri daxil olmaqla vacib məsələlər müzakirə olunub. ŞəhlaAbbəkirova COP29-un ilk günlərində keçiriləcək İqlim Fəaliyyətiüzrə Dünya Liderlərinin Sammiti çərçivəsində təşkil olunacaq əsastədbir və görüşlər barədə məlumat verib və ölkə başçılarının yüksəksəviyyədə qarşılanması üçün görülən hazırlıqlar haqqında danışıb.Həmçinin, brifinqdə COP29 Mavi və Yaşıl Zonalarındakı fəaliyyətlər,iaşə və digər məntəqələr haqqında ətraflı məlumat təqdim edilib,ziyarətçi axınının idarə edilməsi və müsbət təcrübənin təminedilməsi istiqamətində aparılan işlər müzakirə olunub.
Brifinqin ikinci hissəsində isə nümayəndə heyətlərinin üzvlərisammitin təşkili, nəqliyyat şəbəkələri, viza prosedurları və digərmövzularda suallarını verib, cavablar alıblar.