Bu gün Bakı dünya liderlərini və ətraf mühit üzrə mütəxəssisləri bir araya gətirən COP29 iqlim konfransına ev sahibliyi etməyə başlayır.
Bakıvaxtı.az xəbər verir ki, konfransda iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizə, təmiz enerji keçidi və davamlı inkişaf sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi mövzular əsas müzakirə mövzularıdır.
COP29-un əsas məqsədlərindən biri karbon emissiyalarının azaldılması ilə bağlı konkret addımlar atmaq və qlobal temperaturun artmasının qarşısını almaq üçün yeni tədbirlər müəyyən etməkdir.
Konfrans dünyanın müxtəlif ölkələrindən nümayəndələri bir araya gətirərək beynəlxalq iqlim məqsədlərinə çatmaq üçün ortaq strategiyalar üzərində işləyəcək.
Əli Hüseynov