EN

Liqa 1: "Qarabağ"ın rəqibi 3 xalı 1 qolla əldə etdi

Fransa Liqa 1-də 11-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 5 matç keçirilib.

“Nitsa” – “Lill” oyununda qalib müəyyənləşməyib. “Havr” evdə “Reyms”ə, “Renn” isə “Tuluza”ya uduzub “Monpelye” “Brest”lə ev oyununda 3 xal qazanıb.

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən olan “Olimpik Lion” isə evdə “Sent Etyen”i minimal hesabla yenib.

Hazırda 29 xalı olan PSJ vahid liderdir. “Monako” 23 xalla 2-ci, “Olimpik Marsel” 20 xalla 3-cü pillədə qərarlaşıb. “Lill” 19, “Olimpik Lion” 18 xala malikdir

Fransa Liqa 1
11-ci tur
8 noyabr

Olimpik Marsel  Oser 1:3
Qollar: Qrinvud, 65 – Sinayoko, 10. Perrin, 43. Traore, 45.

9 noyabr

Strasburq – Monako 1:3
Qollar
: Due, 29 – Ben Seqir, 79; 89. İlenikena, 90+1.

Lans – Nant 3:2
Qollar
: Frankovski, 21-pen. Ojediran, 86. Tomasson, 90 – Simon, 36-pen. Kossa, 71.

Anje – PSJ 2:4
Qollar
: Lepaul, 90+1. Biumla, 90+7 – Li Kanq, 17; 20. Barkola, 31; 45+2.

10 noyabr

Nitsa Lill 2:2
Qollar: Diop, 56. Luşe, 90+6 – Fernandes-Pardo, 17. Bakker, 66.

Havr Reyms 0:3
Qollar: Diakite, 15. Nakamura, 21. İto, 57.

Monpelye Brest 3:1
Qollar: Nordin, 6-pen. Xazri, 12. Kulibali, 84 – Martin, 50.

Renn Tuluza 0:2
Qollar: Kinq, 14. Donnum, 23.

Olimpik Lion  Sent Etyen 1:0
Qol: Lyakazett, 29.

 

Chosen
30
fanat.az

1Sources