Türkiyə Superliqasının 12-ci turunda liderlər mövqeyində olan “Qalatasaray”la “Samsunspor” üz-üzə gəlib.
QOL.az xəbər verir ki, “Qalatasaray”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşan matçı gözəl oyun kimi də dəyərləndirmək olar.
Qeyd edək ki, görüşdə meydan sahiblərinin 2 qolunu nigeriyalı Viktor Osimhen vurub.
Bu qələbə sayəsində Okan Burukun komandası xalını 31-ə qaldırıb (11 oyun) və liderliyini daha da gücləndirib. “Fənərbaxça” 26 xalla (11 oyun) 2-ci, “Samsunspor” isə 25 xalla (12 oyun) 3-cü yeri tutur.