Gəncədə avtomobil ehtiyat hissələri mağazası yanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində ikinci əl avtomobil ehtiyat hissələrinin satışı mağazasında baş verib.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub.
İlkin məlumata görə, ümumi ərazisi 1600kv/m olan obyektin 350 kv/m-lik çardaq hissəsi və 200 kv/m olan ikinci əl ehtiyat hissələrinin olduğu anbar yanıb.
Hadisə zamanı 400 kv/m-lik gündəlik ərzaq məhsullarının saxlandığı anbar yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev