EN

Xəzər dənizində görüntülənən nəhəng canlı nədir? - VİDEO

Xəzər dənizində naməlum varlıq görünüb və bu qeyri-adi hadisə geniş marağa səbəb olub. Ətrafda olan şahidlər onun nəhəng ölçüdə olduğunu və suyun səthində bir müddət üzərək yoxa çıxdığını bildiriblər. Sosial şəbəkələrdə paylaşılan videogörüntülər izləyicilər arasında maraqla qarşılanıb, müxtəlif müzakirələrə yol açıb. Çoxları bu məxluqun balina olduğunu ehtimal ediblər.

Day.Az xəbər verir ki, ətraf mühit üzrə ekspert Rövşən Abbasov deyir ki, yayılmış görüntülərin real olduğunu demək çətindir. 

Rövşən Abbasov belə hesab edir ki, Xəzər dənizində balina yaşaya bilməz. Onun sözlərinə görə, Xəzər dənizində yalnız nərə balığı kimi nəhəng ölçülü balıqlar yaşayır: "Xəzər dənizində kifayət qədər iri balıqlar var və onların ən böyüyü ağ balıqdır". 

Ekpert onu da bildirib ki, iqlim dəyişikliyi səbəbindən dənizlərdə müəyyən dəyişikliklər olur və bəzi canlı növləri daha əvvəl görünmədikləri yerlərə gəlib çıxırlar. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
22
24
day.az

10Sources