EN

Tramp öz administrasiyasında "sərhəd çarı"na vəzifə verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) keçmiş direktoru vəzifəsini icra edən Tom Homan Tramp administrasiyasında "sərhəd çarı" vəzifəsini icra edəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Keçmiş ICE direktoru və sərhədlərin mühafizəsi üzrə sadiq tərəfdarı Tom Homanın Administrasiyamıza qoşulacağını və ölkəmizin sərhədlərinə cavabdeh olacağını elan etməkdən məmnunluq duyuram", - deyə o bildirib.
Respublikaçı qeyd edib ki, sərhədlərə, həmçinin dəniz və aviasiya təhlükəsizliyinə nəzarət etməklə yanaşı, Homan, eyni zamanda, bütün qeyri-qanuni əcnəbilərin öz ölkələrinə deportasiya olunmasına görə məsuliyyət daşıyacaq".
Tramp vurğulayıb ki, Homanın fantastik və çoxdan gözlənilən bir iş görəcəyinə şübhəsi yoxdur.
Chosen
21
50
oxu.az

10Sources