EN

Polşa Prezidenti COP29-da iştirak etmək üçün sabah Azərbaycana səfərə gələcək

Polşa Prezidenti Anjey Duda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün sabah Azərbaycana səfərə gələcək.

"Operativ Media" xəbər verir ki, bu barədə  BPM-in rəhbəri Mieszko Pawlak məlumat verib.

"BMT-nin COP29 iqlim sammiti noyabrın 11-22-də Azərbaycanın paytaxtı Bakıda “Yaşıl dünya naminə həmrəylik” şüarı altında keçiriləcək. Çərşənbə axşamı günortadan sonra prezident Liderlər Sammitinin plenar iclasında bəyanatla çıxış edəcək. Daha sonra Polşa və Azərbaycan prezidentlərinin görüşü olacaq", - deyə o bildirib.

Chosen
12
operativmedia.az

1Sources