EN

Jing Hu: "Fosil yanacaq strukturları aradan qaldırılmalıdır"

COP29-da vurğulanan əsas iqlim strategiyaları müzakirə edlməlidir və yaşıl iqtisadiyyat modellərinin iqlim dəyişikliyinə qarşı mübarizənin mərkəzində olması vacibdir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Çinin Enerji Fodunun nümayəndəsi Jing Hu bildirib.

Nümayəndənin fikrincə, dərhal yaşıl iqtisadiyyat təşəbbüslərinə önəm verilməlidir: 

"Bu, karbon izlərini əhəmiyyətli dərəcədə azaltmaq və davamlı təcrübələr tətbiq edərək enerji mənbələrini təmizləmək üçün mühüm addımlardır".

Bundan əlavə, çıxışçı bildirib ki, COP29-da inkişaf etməkdə olan ölkələrin iqlim hərəkətləri üçün iddialı bir iqlim maliyyəsi məqsədinin təyin olunması gözlənilir:

"Bu, iqlim maliyyəsi mexanizmlərinin gücləndirilməsi və inkişaf edən ölkələrin daha ədalətli qlobal iqtisadi struktura inteqrasiyasını təmin etmək məqsədilə fosil yanacaq subsidiyalarının aradan qaldırılmasını əhatə edir".

Əli Hüseynov

Chosen
5
bakivaxti.az

1Sources