EN

"Artıq “Qarabağ”ı Avropada daha yaxşı tanıyırlar" - Leandro Andrade

style='margin-bottom:10px;'>

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andradenin QOL.az saytına müsahibəsi

- “Zirə” üzərində qazanılan 4:0 hesablı qələbəni necə şərh edərdiniz?

- Normal oyun oldu. Bu matç üçün hədəflərimiz, tapşırıqlarımız var idi. Onları yerinə yetirməyə çalışdıq. Bəzi səhvlərimiz oldu. Qələbəyə baxmayaraq, hər şey istədiyimiz kimi alınmadı. Fasilə dövründə həmin çatışmazlıqlar üzərində çalışacağıq.

- “Zirə”nin etibarlı müdafiə xətti ilə seçildiyini nəzərə alsaq, hesab arasındakı 4 topluq fərqi sürpriz saymaq olar?

- Düzdür, “Zirə” normalda qapısında az qol görən komandadır. Amma nəzərə almaq lazımdır ki, biz də çox qol vuran kollektivik. Düzdür, 4:0 hesabı bir az qəribə görünə bilər. Amma mənim üçün bu, gözlənilməz deyil. Çünki keçən il “Zirə”ni 7:1 hesabı ilə məğlub etmişdik.

- Meydana çıxmamışdan öncə “Araz-Naxçıvan”ın “Sumqayıt”ı məğlub edərək liderliyi ələ keçirdiyindən xəbərdardınız. Bu məqam motivasiyanızı daha da artırdı?

- Ümumiyyətlə, motivasiyamızı artıran çox faktor var ki, bu da onlardan biri idi. Bəli, “Araz-Naxçıvan”ın liderliyi ələ keçirdiyini bilirdik. Yeri gəlmişkən, onları təbrik edirəm. “Araz-Naxçıvan” çox yaxşı komandadır. Uğurlu mövsüm keçirirlər. Fərdi baxımdan da keyfiyyətli futbolçuları var. Bu da qazandıqları nəticələrə təsirini göstərir.

- Demək olar ki, çempionatda bu mövsüm “Qarabağ”ın işi daha çətin olacaq?

- Hər mövsüm keçdikcə çempionatda mübarizə daha da çətinləşir. Biz inkişaf etdiyimiz kimi, rəqiblərimiz də irəli gedirlər. Eyni məqamı Avropada da görürük. Ötən mövsüm avrokuboklarda yaxşı oyun nümayiş etdirdik. Bu mövsüm isə işimiz çətinləşib. Çünki rəqiblər həm bizi daha yaxşı analiz edirlər, həm də daha çox hörmətlə yanaşırlar. Artıq “Qarabağ”ı Avropada daha yaxşı tanıyırlar.

- Avrokuboklardan söz düşmüşkən, səfərdə “Bodo Qlimt” üzərində qazanılan qələbə pley-off ümidlərini yenidən qaytardı. Norveçdə qazanılan uğurun davamını “Lion”la Bakıdakı matçda gətirmək mümkün olacaq?

- Əlbəttə. Bunun üçün əlimizdən gələni edəcəyik. “Bodo Qlimt”lə oyunda mükəmməl çıxış etmədik. Bunun fərqindəyik. Lakin buna baxmayaraq ki, səfərdə çox vacib qələbə qazandıq. İndi fasilə dövründə səhvlərimizi analiz edib, onlardan nəticə çıxaracağıq. Daha sonra isə əlimizdən gələni etməliyik ki, “Lion”la matçda da azarkeşlərimizi sevindirək.

Chosen
37
1
teleqraf.com

2Sources