Birləşmiş Ştatlar və Britaniya hərbi hava qüvvələri Yəmənin üsyançı Ənsar Allah hərəkatının (Husilər) hədəflərinə azı 9 zərbə endirib. AFN.az xəbər verir ki, bu barədə üsyançıların nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb.Bildirilir ki, ABŞ və Britaniya aviasiyası Yəmənin qərbindəki Amran əyalətinin Harf Süfyan bölgəsinə azı 7 zərbə endirib. Ərəb ölkəsinin şimal-qərbindəki Saada əyalətinin Əl-Safra bölgəsindəki Əl-Rahba qəsəbəsi iki hava hücumuna məruz qalıb. Zərərçəkən və ya yaralananlar barədə məlumat verilmir.