EN

Rəqibimizin heyətində dəyişiklik

UEFA Millətlər Liqasının son iki turunda Azərbaycan və Slovakiya milliləri ilə qarşılaşacaq Estoniya yığmasının heyətində dəyişiklik edilib.

Futbolinfo.az Estoniya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Marten Kuusk heyətdən çıxarılıb.

Buna səbəb 28 yaşlı futbolçunun zədələnməsi olub. Məşqçilər korpusu onun əvəzinə “Flora”nın gənc müdafiəçisi Erko Yonne Tuqyası heyətə cəlb edib.

Qeyd edək ki, Estoniya yığması noyabrın 16-da Azərbaycan millisi ilə Qəbələdə, 19-da isə Slovakiya ilə Trnavada qarşılaşacaq.

Chosen
13
futbolinfo.az

1Sources