EN

ABŞ və Britaniyadan birgə əməliyyat: Hədəflər vuruldu

ABŞ və Britaniya hərbi hava qüvvələri Yəməndəki Husi qüvvələrinin hədəflərinə zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə “Əl Məsirah” telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ və Britaniya aviasiyası Yəmənin qərbində yerləşən Əmran əyalətindəki Harf Süfyan bölgəsinə azı 7 zərbə endirib. Ölkənin şimal-qərbindəki Saada əyalətinin Əl-Safra bölgəsindəki Əl-Rahba qəsəbəsi isə iki hava hücumuna məruz qalıb.

İtkilər barədə məlumat verilməyib.

Chosen
19
2
axar.az

3Sources