EN

ABŞ və Britaniya hərbi qüvvələri Yəməndəki husi hədəflərinə zərbələr endirib

ABŞ və Britaniya hərbi hava qüvvələri Yəməndəki husilərin “Ənsar Allah” hərəkatının hədəflərinə azı 9 zərbə endirib.

AZƏRTAC xəbər verir ki, bu barədə üsyançıların nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ və Britaniya aviasiyası Yəmənin qərbindəki Amran əyalətinin Harf Süfyan bölgəsinə azı 7 zərbə endirib. Ərəb ölkəsinin şimal-qərbindəki Saada əyalətinin Əl-Safra bölgəsindəki Əl-Rahba qəsəbəsi iki hava hücumuna məruz qalıb.

Zərərçəkən və ya yaralananlar barədə məlumat verilmir.

Chosen
17
6
yeniazerbaycan.com

7Sources