EN

İranda vətəndaş müharibəsi qorxusu: Daha 5 hərbçi öldürüldü

İranın Sistan-Bəlucistan bölgəsində SEPAH-la silahlı qruplar arasında toqquşmaların sayı sürətlə artmağa başlayıb. Tribunainfo.az xəbər verir ki, bir neçə gün əvvəl “Ceyş əl Ədl” təşkilatının rəhbərinin öldürülməsindən sonra proses yeni bir mərhələyə qədəm qoyub.

Belə ki, dünən Sistan-Bəlucistan bölgəsində İran ordusu ilə silahlı qruplar arasında toqquşmalar nəticəsində BƏSİC qüvvələrinin 5 üzvü öldürülüb.

Yerli ekspertlər bu hadisələrin bir bölgədən başqa bölgələrə yayılmasından narahat olduqlarını bildirirlər. Onlar hesab edirlər ki, həmin silahlı dəstələr Kürdistan əyalətində də baş qaldıra bilər. Çünki bu bölgədə də müstəqillik tərəfdarı olan silahlı dəstələr çoxdur.

Xaricdəki molla rejiminin müxalifləri isə iddia edirlər ki, proses əhalinin güzəranının daha da ağırlaşması və davamlı repressiyalardan qaynaqlanır. Onlar hesab edirlər ki, insanların silaha əl atmaları, həm intiqam almaq niyyəti, həm də faktiki rejimi devirmək cəhdidir. Onlar prosesin yayıla biləcəyindən narahat olduqlarını gizlətmirlər. Bunu da onunla əsaslandırırlar ki, əgər hadisələr digər bölgələrə də yayılsa, İranda vətəndaş müharibəsi qaçılmaz olacaq.

Chosen
22
tribunainfo.az

1Sources