EN

“Ad günümü ilk Sevda, oğlum David təbrik etdi, hər axşam onlarla...”

“Mənim doğum günümü ilk bacım Sevda və övladım David təbrik etdi. Ən böyük arzum balamın sağlam böyüməsidir. Bacımın, qardaşımın və ailəsinin daim yanımda olmasını arzulayıram. Bundan böyük arzu bu həyatda ola bilməz. 51 yaşım tamam olur. Heç vaxt yaşımı gizlətməmişəm. Niyə gizlədim ki? Hər fəslin öz gözəlliyi olduğu kimi, hər yaşın da öz gözəlliyi var”
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Elmira Ələkbərzadə deyib. O daha sonra efirlərdə az görünməsinin səbəblərindən danışıb:
 
 
“Mən efirlərdən qaçıram. Bunu prodüsserlər də, redaktorlar da bilirlər. Onlar qaçırlar amma məni tuta bilmirlər. Efirlərə tez-tez çıxmağı xoşlamıram. 2 aydan bir çıxıram, bu mənə yetər. Mənim üçün əsas zirvədə olmaqdır. Gündəmdə olmaq başqadır, zirvədə qalmaq başqa. Hətta mənim stilistimə zəng edib deyirlər ki, xahiş edirik, bizim adımızdan ona de, nömrəsini ver. Mən onlara nömrəmi verməyi də qadağan etmişəm. Və qəti “yox” deyirəm” deyə müğənni bildirib.
 
Elmira Ələkbərzadə toylara getdiyini də bildirib:
 
“Mən tədbirlərə də, toylara da gedirəm. Bu normaldır. Sadəcə olaraq paylaşım etmirəm toylardan. Bəzən çəkilişlərdən, tədbirlərdən çəkilişlər edib paylaşıram. Toyda məndən başqa, mənə aid olmayan mahnıları istəmirlər. Çünki məni dəvət edən insanlar repertuarımı bilirlər. Gözəl musiqiçilərlə toylara düşəndə təbii ki, mən el mahnıları da ifa edirəm” deyə müğənni bildirib.
 
Elmira Ələkbərzadə bayağı ifalardan da danışıb:
 
“Gündəlik həyatımızda bayağı ifaları məxsusi dinləməsək də, istər-istəməz eşidirik. Bunlar mahnı deyil. Sözləri də, musiqisi də primitiv olur. Əlbəttə ki, bizim evdə nə belə mahnılar dinlənilir, nə də oxunur. Biz hər axşam evdə Sevda ilə, oğlum Davidlə xalq mahnılarını dinləyirik. Bu artıq bizdə ən-ənə halını alıb. Xalq mahnıları bizim kökümüzdür, varlığımızdır, hər şeyimizdir. Hamını qınaya bilmərik. Yaxşı, savadlı mahnıya da qulaq asanlar az deyil. Azərbaycan xalqı istedadlıdır” deyə o bildirib.
 
Chosen
27
1
moderator.az

2Sources