EN

“Dünyanın ən ciddi probleminin Azərbaycanda müzakirə olunması böyük uğurdur” – Hulusi Kılıç

COP29 kimi beynəlxalq konfransı təşkil etmək heç də asan iş deyil. Bu tədbir həm də Azərbaycan xalqının qonaqpərvərliyini nümayiş etdirir”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Türkiyənin ölkəmizdəki sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

“COP29 Azərbaycanımızın dünyada daha da tanınması üçün bir fürsətdir. Həm də dünyanın ən ciddi probleminə çözümün Azərbaycanda axtarılması böyük uğurdur”, - deyə H.Kılıç əlavə edib.

Diplomat COP29-la bağlı gözləntilərini də açıqlayıb:

“İqlim dəyişikliyi problemi gündən-günə artır. Dünyanın müxtəlif yerlərində fəlakətlər yaşanır. İnsanlar bundan ciddi ziyan görürlər. İnsanlığı təhdid edən problemlərin burada müzakirə olunması Azərbaycan üçün böyük uğurdur”.

Bizim.Media

Chosen
25
bizim.media

1Sources