EN

Türkiyədə əməliyyat: 270 şübhəli şəxs tutulub

Türkiyədə

Türkiyədə cinayətkar qrup və dəstələrə qarşı növbəti dəfə geniş əməliyyat keçirilib. Əməliyyat nəticəsində 270 şübhəli şəxs saxlanılıb.

Reyting.az
-ın məlumatına görə, Türkiyənin daxili işlər naziri Əıi Yerlikaya deyib ki, mərkəzi Adana olmaqla 16 vilayətdə keçirilən “KUYU-37” əməliyyatlarında cinayət təşkilatına üzv olmaqda şübhəli bilinən 270 şəxs tutulub.

Yerlikaya deyib ki, 16 vilayətdə rəhbəri Ramazan Bayğara olan mütəşəkkil cinayət təşkilatına qarşı təşkil edilən “KUYU-37” əməliyyatlarında təşkilat üzvü olan 270 şübhəli yaxalanıb.

Qeyd edilir ki, bu cinayətkar qruplarla əlaqəsi olan bəzi şəxslər də İnterpoll xətti ilə axtarışa verilib.

V. QULİYEV
Chosen
37
reyting.az

1Sources