EN

Bakının müxtəlif hissələrində tullantı emalı müəssisələri tikiləcək

Bakı.Trend:

"Təmiz Şəhər" ASC-nin növbəti hədəfi paytaxtda zibilxanalaragöndərilən məişət tullantılarının həcmini azaltmaq, Bakınınmüxtəlif hissələrində yeni tullantı emalı müəssisələritikməkdir.

Trend xəbər verir ki, bunusəhmdar cəmiyyətinin İdarə Heyətinin sədr müavini Sabit Zeyniyev bugündən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-ninİqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) çərçivəsində - tədbirin YaşılZonasının açılışında bildirib.

O bildirib ki, bu, bizim növbəti hədəfimizdir

“Tullantıların idarə edilməsində düzgün logistika təminedilməlidir”, - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcəkCOP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərininİqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
48
1
az.trend.az

2Sources