Tayvan hakimiyyəti ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla əməkdaşlığı gücləndirmək üçün Amerikadan hərbi texnika almaq niyyətindədir.
KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazıb. Bildirilir ki, ada administrasiyası Trampın qəzəbinə tuş gəlməkdən qorxur. Buna görə də adanın hərbi xərclərini artırmağa qərar verilib: “Tayvan administrasiyası ABŞ-yə müraciət edərək Amerikadan silah tədarükü tələbi ilə çıxış edəcək”.
Vəli Həsənoğlu,
KONKRET.az