Bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) BMT-nin Təlim və Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “İqlim dəyişmələrinə qarşı mübarizədə alitəhsilin rolu: liderlik, innovasiya və təsir gücü” adlı panel müzakirə keçirilib.
“Qafqazinfo” xəbər verir ki, paneldə çıxış edən BMT-nin Təlim və Tədqiqat İnstitutunun İnsanlarla İş üzrə şöbənin direktor müavini Ebru Canan-Sokullu son illərdə bir çox ali təhsil müəssisələrininin davamlılıq və iqlim dəyişikllikləri ilə əlaqəli təhsil proqramlarını tədris planlarına əlavə etdiklərini bildirib.
O qeyd edib ki, universitetlərdə iqlim dəyişiklikləri ilə bağlı elmi araşdırmalar aparılır: “Burada gənclərin üzərinə böyük məsuliyyət düşür. Düşünürəm ki, yeni nəsil iqlim dəyişikliyi məsələlərində önəmli rol oynayacaq”.
E. Canan-Sokullu əlavə edib ki, Azərbaycanın geosiyasi mövqeyi və dünyada liderlik sərgilədiyi vaxtda iqlim dəyişikliyi mövzusundakı mübarizəsi bu işə böyük töhfə olacaq.
BMT rəsmisi, həmçinin qeyd edib ki, iqlim dəyişikliyi bağlı məlumat insanlara erkən yaşlardan aşılanmalıdır: "Bu işdə əsas yük ailənin üzərinə düşür. Sonrakı mərhələdə dövlət qurumlarının bu istiqamətdə düzgün qərar alıb və qəbul etməsi əsas hədəflərdəndir. Eyni zamanda özəl şirkət və cəmiyyətin bu sahədə rolu önəmlidir. Çoxtərəfli əməkdaşlıq olmadan iqlim dəyişikliyi ilə mübarizə aparmaq mümkün deyil. Ona görə də dövlət və özəl tərəfdaşlığın inkişaf etdirilməsi vacibdir".
Bahçeşehir Universitetin rektoru Esra Hatipoğlu deyib ki, universitetlər növbəti nəsillərin iqlim məsələləri barəsində maarifləndirməsinə töhfə verəcək.
O bildirib ki, ali məktəblər bu mövzu ilə bağlı təcrübə və məlumatlarını artırmalıdırlar: “İqlim dəyişiklikləri ilə bağlı mütəmadi olaraq keçirdiyimiz semimarlara tələbələrdən əlavə vətəndaşlar da gələ bilir. Universitetlər tələbələri təşəbbüslərində dəstəkləməlidir. Davamlı ekoloji, kampusların qurulması hədəfimiz olmalıdır”.
GEDU Global Educationun baş icraçı direktoru Vişvadjit Rana COP29-un eneri keçidi olduğunu vurğulayıb. O qeyd edib ki, yaşadığı yerdən asılı olmayaraq hər kəs yeni texnologiyalardan istifadə edərək daha dayanıqlı gələcəyə keçid edə bilər.
Sonda universitetlər arası əməkdaşlıq məsələləri müzakirə olunub, suallar cavablandırılıb.
Gülnar Əliyeva
Fotolar: Pərvin Zeynal