Donald Tramp yeni administrasiyada “sərhəd çarı”nın adını açıqlayıb.
İnterpress.az xəbər verir ki, mühacirlərə qarşı sərt mövqeyi ilə tanınan ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin keçmiş direktoru Tom Homan ABŞ sərhədlərinin təhlükəsizliyinə cavabdeh olacaq.
Donald Tramp Homanın yeni administrasiyada “sərhəd çarı” olacağını açıqlayıb.
“Tom Homan bütün qeyri-qanuni immiqrantların repatriasiyasına cavabdeh olacaq. Təbrik edirəm, Tom.
Mən onu çoxdan tanıyıram və sərhədlərimizi izləməkdə və qorumaqda ondan yaxşı heç kim yoxdur”, – Tramp bildirib.
Xuraman Etibarlı
İnterpress.az