Elvin Cəfərquliyev “Qarabağ”ın heyətində 100-cü çempionat matçına çıxıb.
"Football-plus.az" xəbər verir ki, bu, Misli premyer-liqasının 13-cü turunda baş verib. 24 yaşlı müdafiəçi “Zirə” ilə ev qarşılaşmasına start heyətində başlayıb.
Onun Ağdam klubunda debütü 2021/22 mövsümünə təsadüf edib. Elvin 100 qarşılaşmada 8 qola imza atıb.
Qeyd edək ki, “Qarabağ” “Zirə” ilə görüşdə 4:0 hesabı ilə qalib gəlib.