EN

İsrailin xarici işlər naziri: “Kürdlərlə əlaqələrimizi gücləndirməliyik”

İsraildə boşalmış xarici işlər naziri vəzifəsini tutan və ifrat sağçı siyasətləri ilə tanınan Gideon Saarın təhvil-təslim mərasimi zamanı sürətli açıqlamalar gəlib.

Turkustan.az xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar, Təl-Əvivin bölgədəki kürdlərlə əlaqələrini gücləndirməli olduğunu müdafiə edərək, "Bunun həm siyasi, həm də təhlükəsizlik ölçüsü var" dedi.

İsrail mətbuatında yer alan xəbərlərə görə, İsrailin keçmiş xarici işlər naziri Yitsrael Katz öz kreslosunu dünən Saara təhvil verib. Müdafiə naziri Yoav Qalantın vəzifəsindən azad edilməsindən sonra bu vəzifəyə keçmiş xarici işlər naziri Katz təyin edilib və Xarici İşlər Nazirliyinin kreslosu boş qalıb.

Saar təhvil-təslim mərasimində çıxış edərkən “Kürdlər siyasi müstəqilliyi olmayan böyük bir millətdir” deyib.

Saar kürdlərin İsrailin "təbii müttəfiqləri" olduğunu iddia edərək, "Biz (kürdlərə) əl uzatmalı və əlaqələrimizi gücləndirməliyik. Bunun həm siyasi, həm də təhlükəsizlik aspektləri var" dedi.

İsrailli nazir “kürdlərin Türkiyə və İranın qurbanı olduğunu” iddia edib. Suriya və Livandakı druz azlıqlarına toxunan Saar, İsrailin bu toplumlarla əlaqələrinin artırılmasından yana olduğunu ifadə edərək, “Anlayın ki, hər zaman azlıq olacağımız bir bölgədə digər azlıqlarla təbii ittifaqlar olacaq” dedi.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Chosen
32
turkustan.az

1Sources