EN

“Xalis sıfır karbon emissiyası istiqamətində: COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” mövzusunda tədbir keçirilib

Bakı. Trend:

COP29-un Yaşıl Zonasının açılış günündə dayanıqlılıq mövzusunahəsr olunmuş tədbir baş tutub. Tədbirdə COP29-un iqlim fəaliyyətiüzrə təşəbbüsləri müzakirə edilib.

Trend xəbər verir ki, COP29Sədrliyi tərəfindən təşkil olunmuş panel sessiya “Xalis sıfırkarbon emissiyası istiqamətində: COP29-un dayanıqlı gələcək naminətərəfdaşlıqları” mövzusuna həsr olunub.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasınınüzvü Ayan Nəcəf, iqlim dəyişmələri və yaşıl maliyyələşmə üzrəbeynəlxalq təcrübəli COP29-un dayanıqlılıq üzrə məsləhətçisi MarinaOlşanskaya, “Təmiz Şəhər” ASC-nin İdarə Heyəti sədrinin müaviniSabit Zeyniyev, elektrik və elektron istehsal sənayesində zəngin iştəcrübəsinə malik mütəxəssis Rüstəm Qasımov, Yeni Zelandiyadan olanxeyriyyəçi və sahibkar Deyv Rozun iştirak etdiyi müzakirəsessiyasında tullantıların düzgün idarə edilməsi, bərpaolunanenerji həlləri, ekoloji cəhətdən təmiz texnologiyalar, istixanaeffekti yaradan qaz (İXQ) emissiyalarının azaldılması kimi mühümmövzulardan danışıblar.

Tədbir COP29-u daha dayanıqlı şəkildə keçirmək məqsədi daşıyantəşəbbüsləri müzakirə etmək məqsədilə Azərbaycan və dünyanın həryerindən dayanıqlılıq sahəsində əsas maraqlı tərəfləri vətərəfdaşları bir araya gətirib. Sessiyada COP29-un müxtəlifdayanıqlılıq tədbirlərinə, o cümlədən tullantıların idarə edilməsi,bərpaolunan enerji həlləri, ekoloji cəhətdən təmiz mobillik,istixana qazı (İXQ) emissiyalarının idarə edilməsi və xalis sıfırkarbon emissiyasına nail olmaq səyləri müzakirə olunub.

Sessiyada dayanıqlılıq təşəbbüslərinin ərsəyə gətirilməsi vətətbiqi istiqamətindəki ortaq səylər barədə məlumat verilib.Həmçinin COP29-un daha yaşıl və resurslardan səmərəli şəkildəistifadə edən tədbir kimi həyata keçməsinə necə dəstək vermələribarədə məlumatlandırılıblar.

Chosen
19
1
az.trend.az

2Sources