EN

Stolüstü tennisçilər növbəti təlim-məşq toplanışında

Stolüstü tennisçilərimiz qarşıdakı beynəlxalq yarışlara hazırlığı davam etdirirlər.

İdman.biz xəbər verir ki, milli komandanın 8 üzvü Çində təlim-məşq toplanışındadır.

Daha 12 idmançı isə bu məqsədlə Türkiyəyə yollanıb. Hilal Həsənov, Vəzir Allahverdiyev, Nihad Məmmədov, Rüstəm Hacılı, Adil Əhmədzadə, Hüseyn Eylazov, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Səbinə Məmmədova, Xədicə Əbilzadə, Nigar Mahmudova və Aysu Ağayeva noyabrın 22-dək baş məşqçi Fərhad İsmayılov, məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Yalova şəhərində yerləşən “Masa Tennisi Salonu” kompleksində hazırlıq keçəcək.

Stolüstü tennisçilər toplanış çərçivəsində həmçinin, İstanbul və Bursa şəhərlərində yoldaşlıq turnirlərində bacarıqlarını göstərəcəklər.

İdman.biz

Chosen
29
9
idman.biz

10Sources