“Qarabağ”ın daha bir futbolçusu ölkəsinin əsas millisinə çağırılıb.
İdman.biz xəbər verir ki, Patrik Andrade Kabo-Verde yığmasına dəvət alıb.
Bununla da Ağdam klubunun əsas millilərə göndərdiyi oyunçuların sayı 11-ə çatıb. Azərbaycan yığmasına 8 futbolçu verən ölkə çempionu Marko Yankoviçi Monteneqro, Yassin Benzianı Əlcəzair millisnə ezam edib.
Qeyd edək ki, Patrikin komandası Afrika Millətlər Kubokunun seçmə mərhələsində iki matça çıxacaq. Kabo-Verde millisi noyabrın 15-də Misiri qəbul edəcək, dörd gün sonra Mavritaniyanın qonağı olacaq.
İdman.biz