EN

BMT rəsmisi: COP29 iqlim maliyyəsinə xüsusi diqqət yetirir

COP29-dan ən böyük gözləntilərimdən biri iqlim maliyyəsi ilə bağlıdır. Uyğunlaşma və yumşaldılmaya daha çox pul vəsaiti lazımdır, xüsusən də Qlobal Cənub ölkələrinə ayrılacaq vəsaitin miqdarını görmək istəyirik.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı BMT Baş katibinin hamı üçün davamlı enerji üzrə xüsusi nümayəndəsi, BMT-Enerjinin həmsədri Damilola Oqunbii bildirib.

“COP29 zamanı keçiriləcək danışıqları səbirsizliklə gözləyirik. COP29 iqlim maliyyəsinə xüsusi diqqət yetirir. Zənnimcə iqlim dəyişikliyi ilə mübarizədə əsas addımlardan biri prosesi asanlaşdırmaq, daha əlçatan, daha əhatəli etməkdir. Bu proseslərdən keçmək üçün bir az zaman lazımdır. Düşünürəm ki, Azərbaycanın COP29-a sədrliyi ölkənin beynəlxalq nüfuzunun artırılması baxımından mühüm addımdır. Ölkəyə gələndə çox xoş qarşılandıq. İlk gün olsa da, hər şey plana uyğun şəkildə davam edir”, - deyə o qeyd edib.

Chosen
24
1
xalqqazeti.az

2Sources