EN

Simone İnzaqi “İnter”in son nəticələrini qiymətləndirdi

“İnter”in baş məşqçisi Simone İnzaqi “neradzurri”nin son nəticələri ilə bağlı fikrini bildirib və sonrakı planlarını açıqlayıb.

Arena.az məlumat verir ki, italyan mütəxəssis bu barədə İtaliya A Seriyasının “Napoli” ilə 12-ci tur ev oyunundan (1:1) sonra açıqlama verib:

“Biz təvazökar olmalı və səylə işləməyə davam etməliyik. Biz son on oyunumuzdan səkkizində qalib gəlmişik, ikisində isə heç-heçə etmişik. “Arsenal” və “Napoli” kimi komandalarla qarşılaşdığımızı nəzərə alsaq, bu, pis deyil. Amma biz “İnter”ik. Ona görə də on oyundan onunda da qalib gəlməliyik”, deyə Simone İnzaqi iddiasını ortaya qoyub.

12 turdan sonra “İnter” İtaliya A Seriyasının yarış cədəvlində 25 xalla 2-ci pillədə qərarlaşıb və 1 xal geri qaldığı lider “Napoli”ini daban-daban təqib edir.

Chosen
21
1
arena.az

2Sources