Gürcüstanın böhrandan çıxmasının yolu yeni parlament seçkilərindən keçir.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.
“Açıq şəkildə böhran mövcuddur, dostlarımız Gürcüstanı bu böhrandan çıxarmağın yollarını tapmaq üçün buradadırlar”, - Zurabişvili səkkiz Avropa ölkəsinin parlamentlərinin xarici əlaqələr komitələrinin sədrlərindən ibarət nümayəndə heyəti ilə görüşündə bildirib.
Prezident Gürcüstanın yolunun sabitlik, demokratiya və Avropa olduğunu vurğulayıb.
Görüşdə Fransa, Litva, Latviya, Estoniya, Polşa, Almaniya, Finlandiya və İsveç nümayəndələri iştirak ediblər.
Müəllif: Qənirə Süleymanova