EN

“Greenpeace”in nümayəndələri çağırış etdi

COP29 çərçivəsində ABŞ-də prezident seçkiləri fonunda Bakı iqlim sammitindən gözləntilərə həsr olunmuş “Greenpeace International”ın mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, tədbir iştirakçıları Paris Sazişi üzrə öhdəliklərin yerinə yetirilməsinə çağırış ediblər.

"İqlim maliyyəsi Paris Sazişinin ən çətin hissəsidir. COP29-da bu öhdəliklər yerinə yetirilməlidir", - Cənub-Şərqi Asiya üzrə “Greenpeace”in icraçı direktoru Yeb Sano vurğulayıb.

O qeyd edib ki, ekspertlərin qiymətləndirmələrinə görə, iqlim dəyişikliyi ilə səmərəli mübarizə üçün ildə təxminən 5 trilyon dollar tələb olunur.

“Greenpeace”in Çindəki nümayəndəsi Yuan İn bildirib ki, Çin öz iqlim öhdəliklərinin yerinə yetirilməsinə sadiqdir və ümumi məqsədlərə nail olmaq üçün dünya birliyi ilə əməkdaşlığa hazırdır: "İqlim məqsədlərinə çatmaq üçün bütün dünya birliyi ilə əməkdaşlıqdan başqa yolumuz yoxdur".

Braziliyada “Greenpeace”in icraçı direktoru Karilina Paskuali vurğulayıb ki, ölkəsi iqlim təşəbbüslərinin inkişafına fəal can atır.

Chosen
20
2
sia.az

3Sources