EN

COP29 çərçivəsində “AzərEnerji” və “Azərişıq” ASC-lər geniş pavliyonla təmsil olunurlar (FOTO)

Bakı. Trend:

COP29 çərçivəsində “AzərEnerji” və “Azərişıq” “yaşıl zonada”geniş pavliyonla təmsil olunurlar.

Trend xəbərverir ki, bu barədə “AzərEnerji” ASC məlumat yayıb.

Bildirilib ki, bu gün pavliyonun açılışı olub və qonaqlarəraziyə baxış keçiriblər. Burada ziyarətçilərə maketlər vəhazırlanan təqdimatlar üzərindən geniş məlumatlar verilib. Ocümlədən tanıtım bükletləri və kataloqlar paylanıb.

“AzərEnerji” tərəfindən görülən dekarbonizasiya tədbirləri,“Yaşıl Enerji Zonası” elan edilən Qarbağ və Şərqi Zəngəzurda 4ildən az müddətdə ümumi gücü 270 meqavat olan 32 ədəd su elektrikstansiyasının tikiməsi və başqa məlumatlar qonaqların genişmarağına səbəb olub.

Ümumiikdə isə “Yaşıl zonada” “AzərEnerji” tərəfindən 6 tədbirin,5 imza mərasiminin və tanınmış beynəlxalq enerji şirkətlərininrəhbərləri ilə müxtəlif görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasınınaçılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcəkCOP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir vəregionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

COP29
COP29
COP29
Məqalədə:
Chosen
36
2
az.trend.az

1Sources