EN

“Greenpeace”in nümayəndəsi: COP29-dan yeni iqlim maliyyəsi hədəfinə nail olmağı gözləyirik

ABŞ-nin yeni prezidentinin Paris sazişindən yenidən çıxma ehtimalı mövcuddur, lakin dünya birliyi iqlim hədəflərinə nail olmaq yolunda dayanmamalıdır.

“İki sahil” xəbər verir ki, bu barədə “Report”a “Greenpeace”in Cənub-Şərqi Asiya üzrə icraçı direktoru Naderev Sanyo bildirib.

N.Sanyo qeyd edib ki, iqlim tədbirləri təkcə milli səviyyədə deyil, Ağ Evdə kimin oturmasından asılı olmayaraq, ABŞ-nin ştatları və şəhərləri səviyyəsində də həyata keçirilə bilər: "İnkişaf etmiş ölkələrin kifayət qədər pulu var. Biz onu müharibələr, münaqişələr aparmaq, bank və maliyyə institutlarını təmin etmək üçün necə istifadə etdiklərini görürük”.

İcraçı direktor əlavə edib ki, COP29-dan yeni iqlim maliyyəsi hədəfinə nail olmağı gözləyir.

Chosen
36
ikisahil.az

1Sources